Neftçala rayonunun daha bir kəndinə ilk dəfə təbii qaz verilib
26 Sentyabr 2018 14:50 İqtisadiyyatSentyabrın 26-da Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 961 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı,həmçinin paylayıcı qaz xətləri çəkilib, 96 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31