Energetika naziri Əlcəzairin energetika naziri və “Sonatrach” şirkətinin baş direktoru ilə görüşüb
25 Sentyabr 2018 13:15 İqtisadiyyatAzərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Əlcəzairin energetika naziri Mustafa Qituni və "Sonatrach" şirkətinin baş direktoru AbdelmumenOuldKadurla görüşüb. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, Əlcəzairin energetika naziri Mustafa Qituni ilə görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafı ətrafında fikir mübadiləsi aparılıb. Mustafa QituniAzərbaycan şirkətlərinin Əlcəzairin enerji sektorunda iştirakına maraqlarını ifadə edib. Energetika naziri Pərviz Şahbazov isə iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun yekunlaşmaq üzrə olduğunu bildirib və Əlcəzairin energetika nazirini Azərbaycana səfərə dəvət edib. Qeyd edilib ki, müvafiq sənədin imzalanması enerji sektorunda çoxşaxəli əməkdaşlıq potensialını reallaşdırmağa töhfə verəcək.
Əlcəzairin milli enerji şirkəti "Sonatrach" şirkətinin baş direktoru AbdelmumenOuldKadurla isə "Sonatrach" və SOCAR arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Görüşdə "SOCAR Trading" ilə "Sonatrach" şirkəti arasında neft məhsulları sahəsində, eləcə də "Neftqazelmitədqiqatlayihə" İnstitutuiləəməkdaşlıq əlaqələrindənbəhs edilib. Nazir Azərbaycanın həyata keçirdiyi enerji layihələri və yaratdığı infrastrukturla qlobal enerji təhlükəsizliyinin təminatında oynadığı rolundan danışıb. "Sonatrach" şirkəti ilə əməkdaşlığın perspektiv istiqaməti kimi bərpa olunan enerji mənbələri üzrə təcrübə mübadiləsinin vacibliyini diqqətə diqqətə çatdırıb.