İstehlakçıların elektrik qurğularına 151 sayda istismara buraxılma aktı verilib
25 Sentyabr 2018 11:27 İqtisadiyyat2018-сi ilin yanvar-avqust ayları ərzində istehlakçıların elektrik qurğularına 151 sayda istismara buraxılma aktı verilib. Bu barədə məlumat "OLAYLAR"-a Energetika Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, 1090 sayda sənaye qaz qurğusu istismara qəbul edilib. 159 sayda sənaye qaz qurğusu isə qaz xəttləri layihəyə uyğun çəkilmədiyinə, qaz qurğu və avadanlıqları tam quraşdırılmadığına görə istismara qəbul edilməyib.
Bundan başqa, istismara buraxılma aktları verilərkən gələcəkdə şikayətlərin və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çəkilmiş elektrik xəttlərinin mühafizə zonasının pozulmamasınada ciddi nəzarət edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31