Ağcabədi rayonunun daha bir kəndinə təbii qaz verilib
18 Sentyabr 2018 16:29 İqtisadiyyatSentyabrın 18-də Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, 165 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 690 metr polietilen və ümumi uzunluğu 9 599 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri yekunlaşdırılıb istismara qəbul prosesindədir.Tezliklə təbii qazın verilişi təmin ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31