Bu yolda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

"OLAYLAR" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi və AAYDA birgə məlumat yayıb. Bildirilib ki, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31