Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir
17 Sentyabr 2018 11:35 İqtisadiyyatŞəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, vətəndaş müraciətləri əsasında, mütəxəssislərimizin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, yararsız halda olanlar isə yenilənib. Yeni tədris ilinin başlanması ilə əlaqədar qeyd edilən işlər daha çox orta məktəb binalarının ətrafındakı yollarda həyata keçirilib.
Qeyd edək ki, eynisəviyyəli piyada keçidləri təşkil edilir və yararsız halda olanların bərpası işləri mütəmadi olaraq davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31