25 dollarlıq komputer satışa buraxıldı

Avropada dəyəri 25 ABŞ dolları təşkil edən Raspberry Pi kompüterinin kiçik modeli satışa çıxarılıb. "OLAYLAR"ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, çox ucuz olan Raspberry Pi korpussuz tədarük edilir və kredit kartı ölçüsündə plata şəklində olmaqla çəkisi 45 qramdır. Kompüter ARM arxitekturalı 700 meqaherslik prosessorla təchiz edilib, eləcə də qulaqcıq çıxışı və yaddaş kartı üçün slota malikdir.  Dəyəri 35 dolar olan Raspberry Pi-nin böyük modeli satışa 2012-ci il fevralın sonunda çıxarılıb.  Raspberry Pi-nin kiçik (A) və böyük (B) modelləri operativ yaddaş həcminə (müvafiq olaraq 256 və 512 meqabayt) və USB portların sayına (birin ikiyə nisbəti) görə bir-birindən fərqlənir.  Bundan başqa, böyük model Ethernet çıxışına malikdir, kiçik model isə enerjini üçdə bir dəfə az sərf edir.  Model üçün ixtisaslaşmış Debian distributivinə əsaslanan Linux - Raspbian OS distributiv və həm ödənişli, həm də ödənişsiz proqramların yer aldığı Pi Store əlavələr mağazası buraxılıb.  Kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulsa da, digər sahələrdə populyarlıq qazanıb və onun əsasında media mərkəzləri hazırlanır. 2012-ci ilin fevralından 1 milyon ədəddən çox sözügedən modeldən satılıb.  İran prezidenti Mahmud Əhmədinejad astronavt olmaq istəyir. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İran dövlət başçısı Səma Texnologiya Günü ilə bağlı keçirilən tədbirdə bu sözləri söyləyib. Əhmədinejad deyib ki, səmaya gedəcək ilk iranlı astronavt olmaq niyyətindədir. İran prezidenti yaxın vaxtlarda  ''Zöhrə'' və ''Simurq'' adlı peyklərin fəzaya göndəriləcəyini vurğulayıb.

 

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31