Kartofun qiyməti qalxdı
4 Fevral 2013 19:14 İqtisadiyyatYanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 3,1 və 1,3 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb. "Qafqazinfo" Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,1 faiz, arpanın 0,5 faiz, göyərtilərin 2,0 faiz, kartofun 11,9 faiz, pomidorun 0,4 faiz, baş sarımsağın 0,1 faiz, balqabağın 3,7 faiz, quru otun 1,9 faiz, yoncanın istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb, kələmin istehsalçı qiymətləri 0,2 faiz, turpun 0,5 faiz, cəfərinin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 2,7 faiz, narın 0,1 faiz, xurmanın 0,4 faiz, limonun 0,6 faiz, naringinin 15,6 faiz, heyvanın 1,6 faiz, qozun 1,0 faiz, fındığın 5,4 faiz, şabalıdın istehsalçı qiymətləri 13,9 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,5 faiz bahalaşma müşahidə olunub