İri ticarət mərkəzlərində qeyri-rəsmi rüsumlar yığılır
4 Fevral 2013 17:25 İqtisadiyyatAzərbaycanın iri ticarət mərkəzlərində qeyri-rəsmi rüsumlar yığılır. Bunu deyən millət vəkili Fəzail Ağamalının sözlərinə görə, belə rüsumların yığılması sahibkarlarla müqavilə bağlanmadan aparılır: "Məlumata görə bazar işçiləri çek vermədən hər piştaxta üçün pul yığırlar. Satıcılar vergi ödəməkdən boyun qaçırmırlar. Ancaq onlar ödədikləri rüsumun məbləğini dəqiq bilmək istəyirlər. Ona görə bu məsələ aydınlaşdırılmalı və mövcud neqativ halların aradan qaldırılması istiqamətində ciddi addım atılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31