Bu yollarda rəngləmə işləri aparılacaq
11 Sentyabr 2018 16:39 İqtisadiyyatAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Parlament prospekti, Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə kimi və Neftçilər prospekti, Azneft dairəsindən Dalğa arenasına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
"OLAYLAR"-a AAYDA-dan bildirilib ki, işlər axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31