Rus mujiki üçün sərt qərar: arağın qiyməti artdı
29 May 2012 19:11 İqtisadiyyatİyulun 1-dən Rusiyada yarım litrlik arağın minimum qiyməti 125 rubl (təxminən 3 manat 30 qəpik) olacaq. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Rosalkoqolrequlirovanie" qərar verib. Qərarda o da deyilir ki, spiritli içkilərin, o cümlədən arağın qiymətinə 2013-cü ildə yenidən baxılacaq. Xatırladaq ki, hazırda Rusiyada yarım litrlik arağın minimum qiyməti 99 rubldur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31