İran Ermənistanla ticarət dövriyyəsini 1 mlrd. dollara çatdıracaq
Əsas əməkdaşlıq kənd təsərrüfatı, nəqliyyat, energetika və sənaye sahələrində nəzərdə tutulub
4 Fevral 2013 15:17 İqtisadiyyatErmənistanla İran arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollara çatacaq. ANS PRESS-in İRNA-ya istinadən verdiyi məlumata görə, bu haqda İranın Şərqi Azərbaycan vilayətinin qubernatoru Əhməd Əlirza Beyqi erməni həmkarı ilə görüşündən sonra açıqlama verib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollar təşkil edir. Yaxın gələcəkdə isə bu rəqəmləri iki dəfə artırmağı düşünürük. Əhməd Əlirza Beyqi İranla Ermənistan arasında kənd təsərrüfatı, nəqliyyat, energetika və sənaye sahəsi də daxil olmaqla bütün sahələrdə fəal əməkdaşlıığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Erməni qubernator Suren Xaçatryan isə qeyd bildirib ki, Ermənistanın inkişaf etməsi üçün İranın böyük ehtiyacı var.