Cəlilabad-Masallı mənzilində 13,4 km dəmir yolu əsaslı təmir olunur

"Azərbaycan Dəmir Yolları" QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir. "OLAYLAR"-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, mart ayının 18-dən başlayaraq "Şimal-Cənub" layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli materiallarla əsaslı təmiri aparılır.

Hazırda Cəlilabad-Masallı mənzilidə 13,4 kilometrlik yolun əsaslı təmir işləri icra olunur. Təmir işlərini 5 saylı "İDYM" MMC-nin kollektivi həyata keçirir.

Onu da xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1960-cı illərdə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq, bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlər böyük əhəmiyyət kəsb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31