Azərbaycan-ABŞ iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə görüşüb. Nazirlikdən “Olaylar”a bildirilib ki, görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyətinə, o cümlədən ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə və s. sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

İqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə görüşüb.

Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyətinə, o cümlədən ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə və s. sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiters "Azərbaycan Rəqabətlilik Forumu 2018"də iştirak etmək üçün ölkəmizə səfər etdiyini qeyd edərək, Forumun yüksək səviyyədə təşkilindən, ABŞ şirkətlərinin Forumda iştirakından məmnunluğunu ifadə edib. Brayn Makfiters bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, sahibkarlığın inkişafı sahəsində görülən işlər ABŞ-da da müsbət qarşılanır. Bir sıra ABŞ şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini qeyd edən Brayn Makfiters vurğulayıb ki, Azərbaycanın regionda enerji sahəsində güclü mövqeyə malik olması, sabitliyini qoruyub saxlaması ABŞ iş adamlarının, eləcə də USAİD-in və SEDA layihəsinin Azərbaycana marağını daha da artırır. ABŞ şirkətləri Azərbaycanda digər sahələrlə yanaşı, turizm, kənd təsərrüfatı, alternativ enerji və s. sahələrində də əməkdaşlığın genişləndirlməsində maraqlıdırlar. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31