Azneft dairəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq
6 Sentyabr 2018 16:20 İqtisadiyyatAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, İstiqlaliyyət və Niyazi küçələrində həmçinin, Azneft dairəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumat Bakı Nəqliyyat Agentliyi və Avtomobil Yolları Dövlət Agentliyinin birgə yaydığı xəbərdə verilib. Bildirilib ki, işlər axşam saat 22:00-da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31