53 borclunun ölkədən çıxmasına qadağa qoyulub

Vergilər Nazirliyi tərəfindən ötən il  1421 borclu vergi ödəyicisinin ölkədən getmə hüququnun məhdudlaşdırılması üçün aidiyyəti üzrə müraciətlər edilib.  Nazirliyin Analitik-informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, bunlardan 654 vergi ödəyicisi  borclarını ödəyib, 53-nün ölkədən getmə hüququ məhdudlaşdırılıb.  Qalan vergi ödəyiciləri barədə  müvafiq strukturları tərəfindən tədbirlər görülməkdədir. 2012-ci il ərzində vergi borcunu ödəməkdən yayınmaya görə 16,6 milyon manat borc məbləği üzrə 222 vergi ödəyicisinin işi üzrə materiallar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31