Borcların avtomobilə yönəldilməsi prosesi genişlənib

Ötən il Vergilər Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyətlərini dayandırmaqla  dövlət büdcəsi qarşısında öhdəlikləri tam icra etməyən fiziki şəxslərin borclarının onların mülkiyyətində  olan nəqliyyat vasitələrinə yönəldilməsi prosesi sürətləndirilib. Nazirliyin Analitik İnformasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində bu cür nəqliyyat vasitələri müəyyən edilən 5 min 470 vergi ödəyicisinin 2 milyon 509,5 min manat məbləğində borc məbləğinin dövlət büdcəsinə alınması təmin edilib. 29 vergi ödəyicisinin müvafiq nəqliyyat vasitələri siyahıya alınıb, 99 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərilərinə həbs qoyulmaqla onların cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmə qərardadları çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31