BNA videoçarx hazırlayıb
4 Sentyabr 2018 15:58 İqtisadiyyatBakı Nəqliyyat Agentliyi məlumatlandırma xarakterli daha bir videoçarx hazırlayıb.
"OLAYLAR"-a BNA-nın ictimaiyyətlə əlaqə və maarifləndirmə şöbəsindən bildirilib ki, yeni tədris ilinin başlanması ərəfəsində təqdim edilən videoçarxda Bakı şəhərində yerləşən bütün ali məktəblərinin yerləşdiyi ünvanlar və həmin ərazidən keçən müntəzəm marşrut xətləri ilə bağlı məlumatlar yer alıb. Videoçarxın hazırlanmasında məqsəd, tələbə adını yeni qazananların qəbul olduqları ali məktəbə ictimai nəqliyyatdan istifadə etməklə getməsini asanlaşdırmaqdır.
Bakı Nəqliyyat Agentliyi bu il tələbə adını qazanan hər kəsi təbrik edərək müvəffəqiyyətlər arzu edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31