Neftçilər prospektində hərəkət qismən məhdudlaşdırılır
3 Sentyabr 2018 11:32 İqtisadiyyatNeftçilər prospektində, Bakı limanına gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar bu gündən başlayaraq 3 gün ərzində təmir-bərpa işləri aparılacaq. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31