Rövnəq Abdullayev: "Xaricdə təhsil almış 109 gənc ARDNŞ-ın struktur bölmələrində işlə təmin olunub"

Xaricdə təhsil almış 109 gənc Dövlət Neft Şirkətinin (ARDNŞ) struktur bölmələrində işlə təmin olunub. SalamNews xəbər verir ki, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. 
O kadr hazırılğı sahəsində neft şirkətinin həyata keçirdiyi proqramların əhəmiyyətindən danışıb və deyib ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən, neft şirkətində ehtiyac duyulan ixtisaslar üzrə azərbaycanlı gənclərinin xarici universitetlərdə təhsilin təşkil olunmasına 2006-cı ildən başlanılıb: "İndiyə qədər "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına" cəlb olunmuş 202 gəncin ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Kanada, Türkiyə, Avstriya, İsveç, Rusiya, Malta kimi ölkələrin ən nüfuzlu universitetlərində təhsilinin maliyyələşdirib. Onların 109 nəfəri təhsilini müvəffəqiyyətlə bitirib vətənə dönüb, neft şirkətində işlə təmin olunub. Hazırda 72 təqaüdçü təhsilini uğurla davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31