Avtomobil bazarında təklif 4,1 faiz artıb
29 May 2012 18:41 İqtisadiyyat"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi monitorinq qrupunun aprel ayı ərzində avtomobil bazarında apardığı monitorinq zamanı bazarda dinamikanın artımı müşahidə edilib. "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki,. 2012-ci ilin əvvəlindən təklifin ili köhnə avtomobillər hesabına kəskin artım tendensiyası taksilərə tətbiq olunan yeni qaydalarla bağlı yenidən müşahidə olunmağa başlayıb. Aprel ayı ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında nisbi artım qeydə alınıb. Ümumiyyətlə ay ərzində bazarda təklif 4.1 fazi artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31