Torpaq bazarında bahalaşma qeydə alınıb

Aprel ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "OLAYLAR"-a verilən məlumata görə, aparılan monitorinq zamanı məlum olub ki,  köhnə yaşayış evlərinin sökülməsi tendensiyası artmaqda davam edib. Bazara təklif olunan ümumi 756,4 hektar torpaq sahəsinin 79,8 faizini boş sahə, qalanını isə qeyri-yaşayış və köhnə yaşayış sahələri təşkil edib. Aprel ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə artım qeydə alınıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 14875 dollar səviyyəsindən 0,6 faiz artaraq 14966 dollar təşkil edib və il yarım əvvəl qeydə alınmış göstəricini keçib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31