Sabahdan "Bakmil" stansiyasında məhdudiyyət müvəqqəti götürülür

Sabahdan "Bakmil" stansiyasında məhdudiyyət müvəqqəti götürülür.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət (iş günləri ərzində saat 8:20-dən 17:00-a qədər) avqust ayının 31-dən müvəqqəti olaraq tətbiq edilməyəcək.

"Təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Sərnişinlərimizin marağı və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq stansiyanın fəaliyyəti adi qaydada təmin ediləcək",-məlumatda bildirilib.

Yaxın günlər ərzində sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.

Məhdudiyyət bərpa olunarkən, əvvəlcədən ictimaiyyətə geniş məlumat veriləcək. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31