Bir sıra vergi ödəyicilərinin borcu silinib

Vergilər Nazirliyi tərəfindən 2012-ci il ərzində vergi borclarının alınması sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2011-ci ildən qalan borclar da nəzərə alınmaqla ilin əvvəlinə mövcud olan borcların 17,1 faizi ləğv edilib. Nazirliyin Analitik İnformasiya Şöbəsindən "Olaylar"a verilən məlumata görə, 1 yanvar 2013-cü il tarixə dövlət büdcəsinə borc məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə  501,9 milyon manat və ya 16,2 faiz azalıb.  2012-ci ilin əvvəlinə olan  9  min 471 borclu vergi ödəyicisi və hesabat dövründə borcu yaranmış 195 min 311 vergi ödəyicisi də nəzərə alınmaqla, görülmüş məlumatlandırma və izahat işləri nəticəsində 196 min 393 borclu vergi ödəyicisinin vergi borcları tamamilə ləğv edilib. Ötən il  dövlət büdcəsinə vergilər üzrə daxilolmaların 31,7 faizini borclu vergi ödəyiciləri üzrə gecikdirilmiş və məcburi alınma tədbirləri nəticəsində ödənişlər təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 94,6 milyon manat çoxdur.  2012-ci il ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 51 min 30 sayda qərar açılmış və bu qərarların 95,2 faizi (2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox)  borclar ləğv edildiyi üçün bağlanb. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 69,9 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.Vergi borclarını ödəmə tələbini qəbul etməyən 708 borclu vergi ödəyicisində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 637 borclu vergi ödəyici üzrə qanun pozuntusu aşkar edilərək 132,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Vergi borclarının və hesablanmış maliyyə sanksiyasının 88,1 faizinin büdcəyə ödənilməsi təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31