Sabah Gəncənin qaz təchizatında məhdudiyyət olacaq
15 Avqust 2018 17:45 İqtisadiyyatSabah Gəncə şəhərinin təbii qazla təchizatında məhdudiyyət yaranacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, məhdudiyyət istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədar olacaq.
Qazın kəsilməsi saat 10:00-dan saat 18:00-a qədər davam edəcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31