Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur
15 Avqust 2018 13:24 İqtisadiyyatTəhlükəsiz hərəkətin tənzimlənməsi məqsədi ilə 15-20 avqust 2018-ci il tarixlərində, Şamaxı rayonu, Dəmirçi-Lahıc avtomobil yolunda təhlükəsizlik sədlərinin quraşdırılması və Pirqulu-Dəmirçi-Lahıc avtomobil yolunda üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31