Astarada 11 km uzunluğunda avtomobil yolunun inşası yekunlaşır

Astara rayonunda 11 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması artıq yekunlaşmaq üzrədir. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Astara rayonu  Ojəkəran- Tüləgüvan- Qaçimardə -Təngərüd  avtomobil yolunun 2 km-lik hissəsi 5 metr enində dağılmış qara örtük, 6.5 km-lik hissəsi 3-4 metr enində çınqıl, qalan 2.5 km-lik hissəsi isə cəmi 3 metr enə malik torpaq örtüklü idi. Payız-qış mövsümündə sözügedən avtomobil yolu ilə vətəndaşların hərəkətində yaşanan problemləri aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilmişdi. 4 yaşayış məntəqəsinin 9.3 min əhalisinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi  avtomobil yolunun 226-cı km-nə çıxışına imkan yaradan yerli əhəmiyyətli  Ojəkəran- Tüləgüvan- Qaçimardə -Təngərüd avtomobil  yolu hazırda IV texniki dərəcəyə uyğun inşa edilir. Hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr və 6 metr enində hərəkət hissə daxil olmaqla yolun torpaq yatağının eni 10 metr təşkil edir.

Tikinti layihəsi çərçivəsində yolun altından suların ötürülməsi məqsədi ilə 500 və 750 mm diametrli 80 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular quraşdırılıb, 10 paqon-metr uzunluğa malik 1 ədəd dördbucaqlı su keçidi inşaı edilib, zəruri olan yerlərdə 100 kub.m həcmdə istinad divarları və 62 kub.m küvetlərin dəmir-betonla tikilməsi işləri də aparılıb.

Qeyd edək ki, Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31