“Reklam haqqında” qanun yenilənəcək

Milli Məclisin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planına "Reklam haqqında" yeni qanun layihəsi daxil edilib. Bu barədə MM-in iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədrinin bildirdiyinə görə, qanun layihəsi sözügedən komitənin üzvləri-millət vəkilləri Vahid Əhmədovla Əli Məsimli tərəfindən hazırlanıb. Komitə sədri deyib ki, belə bir qanun hazırlanması və qəbulu da indiki dövrdə olduqca vacibdir: "Çünki reklam bazarında ciddi boşluqlar var və onlar hüquqi nöqteyi-nəzərdən bir daha tənzimlənməlidir". Sözügedən qanun layihəsinin müəlliflərindən olan millət vəkili Vahid Əhmədov qeyd edib ki, qanun layihəsi üzərində son tamamlama işləri gedir və çox güman ki, onu yaz sessiyasında ilk oxunuşda müzakirəyə çıxarmaq mümkün olacaq: "Biz belə hesab etdik, bu yöndə yeni qanun layihəsinə ehtiyac var. Xüsusilə də, reklamların dili ilə bağlı cəmiyyətdə ciddi narazılıqlar, narahatlıqlar var. Ona görə də bu qanunun hazırlanmasını və müzakirələrə təqdim edilməsini vacib saydıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31