Sahibkarların qanunu yaz sessiyasında qəbul ediləcək
31 Yanvar 2013 16:55 İqtisadiyyat"Uzun müddətdən bəri müzakirələrə səbəb olan və bütövlükdə qəbulu gözlənilən Rəqabət Məcəlləsinin nəhayət, 3-cü oxunuşda müzakirələrə çıxarılması nəzərdə tutulur". Bunu deyən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu sənədin qəbulu vacibdir: "Artıq bu sənəd yaz sessiyasının qanunvericilik işləri planına salınıb. Ötən müddət ərzində də bu sənədlə bağlı müvafiq İşçi Qrupunda ciddi işlər aparılıb. Biz həmin sənədi yaxın zamanlarda sırf iqtisadçı mütəxəssislərlə birgə müzakirə etmişik. İndi onu yaz sessiyasının 3-cü - sonuncu oxunuşunun müzakirəsinə çıxarıb qəbul etmək istəyirik. Hesab edirəm ki, bu qanunun qəbulu ilə ölkədə sahibkarlıq mühiti daha da inkişaf edəcək, eyni zamanda orta təbəqənin formalaşması prosesi daha da sürətlənmiş olacaq. Onun qəbulu həm də milli maraqlarımızın təmin edilməsi baxımından çox əhəmiyyətli xarakter daşıyacaq" .