Bu yollarda rənglənmə işləri aparılır
14 Avqust 2018 14:34 İqtisadiyyatAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-45-ci kilometrliyində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.
"OLAYLAR"-a Dövlət Agentliyindən bildirilib ki, işlər axşam saatlarında qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31