Vəkillər Kollegiyasının sədri lizinq şirkətindən pay alıb
8 Avqust 2018 10:42 İqtisadiyyatVəkillər Kollegiyasının sədri Anar Bağırov "Finance Leasing" ASC-dən pay alıb.
Bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabatda ölkənin baş vəkilinin lizinq şirkətinin səhmlərinin 1,5%-nə nəzarət etdiyi qeyd olunub. Qiymətli kağızlar ötən il əldə olunub.
Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sabiq icraçı direktoru Azad Cavadov da vaxtilə "Finance Leasing"in səhmdarı olub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31