Sabunçu-Zabrat yolunda piyada təhlükəsizliyinin artırılması məqsədi ilə kompleks təhlillər aparılır

Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir.

"OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən bildirilib ki,  bu işlər çərçivəsində vətəndaş müraciətləri nəzərə alınaraq, yol boyu svetoforların vaxt planlarında dəyişiklik edilib. Dəyişiklik edilən zaman yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən, Sabunçu-Zabrat yolundakı svetoforların yaşıl fazasının vaxtı artırılıb. Məqsəd, günün pik saatlarında yolda müşahidə edilən sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməkdir.

Qeyd edək ki, hazırda Sabunçu-Zabrat yolunda piyada təhlükəsizliyinin artırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən kompleks təhlillər aparılır. Bir qədər əvvəl isə yolun Heydər Əliyev prospekti ilə kəsişməsində sıxlığın aradan qaldırılması və sərnişinlərin təhlükəsizliyinin artırılması məqsədi ilə avtobus dayanacaq məntəqələrinin də yeri dəyişdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31