Kəlbəcər-Laçın yolunun 16.5 km-lik hissəsi yenidən qurulur

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Göygöl hissəsi yenidən qurulur.

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Göygöl hissəsi yenidən qurulur.

"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38.4 m-lik Gəncə-Göygöl hissəsinin yenidən qurulması Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyi tərəfindən 2 mərhələ üzrə həyata keçirilir. 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi yenidən qurulur. 2-ci mərhələ üzrə isə Yeni Zod-Göygöl hissəsinin yenidən qurulması işlərinə başlanılacaq.

1-ci mərhələ üzrə yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsində yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir.

Tikinti layihəsini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu 2 ədəd transformator və 320 ədəd işıq dirəyi, 974 ədəd siqnal dirəyi, 170 ədəd yol nişanı və təhlükəli ərazilərdə 3.3 km uzunluğunda  əyri-xətli dəmir tirlər quraşdırılacaq, 50 km uzunluğunda üfiqi nişanlanma xətləri çəkiləcək.

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsində yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Növbəti mərhələdə sözügedən yolun 21.9 km uzunluğa malik Yeni Zod-Göygöl hissəsinin yenidən qurulması işlərinə başlanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31