Yasamal rayonunda daha iki küçə əsaslı şəkildə təmir edilir

Yasamal rayonunda Məhəmməd Xiyabani və "A Keçidi" küçələrinin əsaslı şəkildə təmiri işlərinə start verilib. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda Məhəmməd Xiyabani küçəsinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən "A Keçidi" küçəsi ilə kəsişməsinədək olan 550 metrlik hissəsi və "A Keçidi" küçəsinin Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri arasında yerləşən 400 metrlik hissəsi  təmir edilir.  Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 6 min kv.m sahədə frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 22 min kub.m həcmdə qazılaraq çıxarılır, qazılmış və genişləndirilmiş ərazilərə isə 30 min kub.m-dən çox yararlı material tökülərək kipləşdirmə işləri aparılır.

Küçələr boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31