Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən işlər davam edir. Hazırda bir sıra istiqamətdə işlər aparılır.
2 Avqust 2018 11:19 İqtisadiyyatAzərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il mart ayında imzaladığı "Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncama əsasən işlər davam edir. Hazırda bir sıra istiqamətdə işlər aparılır.
"OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, İnfrastruktur Departamentinin "Əsaslı Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.
MMC-nin rəisi Abbas Qəmbərovun verdiyi məlumata görə, hazırda Güzdək-Sumqayıt mənzilində 5,5 km dəmir yolunun kontakt şəbəkəsi yenidən qurulur. 69 ədəd dayaq qoyulub, 6 ədəd dəmir beton dayaq, 6 ədəd anker dayaq, 41 ədəd konsol, eləcə də 3 ədəd dayağa anker dartıcıları qoyulub. Təmir işləri davam edir.