Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi əhəmiyyətli hadisədir

"Dünyanın ən mötəbər iqtisadi forumlarından biri olan Davos İqtisadi Forumunun aprel ayında Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul edilməsi olduqca əhəmiyyətlidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına hakim partiyanın sədr müavini Əli Əhmədov səsləndirib. Bildirib ki, bu Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun təzahürüdür: "Digər tərəfdən isə, həmin qərar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara dünya iqtisadi cəmiyyətinin verdiyi yüksək qiymətin ifadəsidir. Hesab edirəm ki, bu, çox əhəmiyyətli hadisədir. Güman edirəm ki, Bakıda keçiriləcək Davos İqtisadi Forumu bütövlükdə bu forumun inkişafına yeni məna və çalarlar verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31