Bu yollarda rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Qaradağ rayonu, Salyan şosesindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə (Sahil qəsəbəsi) qədər və Zığ şosesi, Cəmşid Naxçivanski adına Hərbi Liseydən Hövsan qəsəbəsi istiqamətində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.

"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, işlər axşam saatlarında qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31