Qiymət artımı nəqliyyat sektorunun daha da inkişafına xidmət edəcək
Ötən gün Tarif Şurası Azərbacanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul etdi. Beləliklə, Tarif Şurasının qərarına əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
31 İyul 2018 14:54 İqtisadiyyatÖtən gün Tarif Şurası Azərbacanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul etdi. Beləliklə, Tarif Şurasının qərarına əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Öncəliklə qəbul edilən qərarı doğuran səbəblər. onun müsbət tərəflərinə diqqət etmədən, bu addımı az qala fəlakət kimi dəyərləndirən, insanlar arasında çaşqınlıq yaratmaq istəyənlərin mənasız və qeyri-obyektiv yanaşmalarına diqqət çəkmək zərurəti meydana çıxır. Görünən odur ki, hər bir fürsətdən istifadə edərək dövlətə, dövlətçiliyə zərbə vurmağa çalışanlar üçün Tarif Şurasının qərarı sanki göydəndüşmə olub. Müxalifətin radikal qanadını təmsil edən siyasi partiyaların bir neçə fəal üzvü ötən gecədən başlayaraq sosial şəbəkələrdə yenidən "aktiv" fəaliyyətə keçərək insanları məlum qərara etiraz etməyə, mövcud reallıqla barışmamağa çağırıblar. Ekspert kimi təqdim etdikləri nümayəndələri belə ictimai nəqliyyatda digər ölkələrlə müqayisədə qiymət fərqini öz ağıllarına və kütləyə təsir edəcək tərzdə, yalan, böhtan şəklində təqdim edərək xalq arasında çaşqınlıq yaratmağa çalışırlar. Absurd şəkildə iddia olunur ki, guya Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı digər ölkələrdən, hətta MDB məkanına daxil olan respublikalardan qat-qat çoxdur. Halbuki antidövlət və antimillət tərəfdarlarının ortaya qoyduqları arqumentlərin heç biri həqiqətə uyğun deyil.
Əvvəla Azərbaycanla müqayisədə digər dövlətlərdə, MDB məkanına daxil olan respublikalarda mövcud olan tariflərə diqqət edək. Məlumat üçün qeyd edək ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat arasında dəyişir. Qonşu Gürcüstan və qardaş Türkiyədə də metro nəqliyyatında gediş haqqı Azərbaycandan bahadır. Belə ki, Gürcüstanda bu rəqəm 0,35 manat təşkil etdiyi halda, qardaş Türkiyədə metro nəqliyyatında gediş haqqı 0,44-1,75 manat arasında dəyişir. Eyni müqayisəni avtobus nəqliyyatında da aparmaq mümkündür. Belə ki. Azərbaycanda avtobus nəqliyyatında qiymətlər 0,30-0,90 manat arasında dəyişdiyi halda, şimal qonşumuzda avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi 0,80-1,50 manat təşkil edir. Qazaxıstanda bu rəqəm 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat məbləğində müəyyən edilib.
İndi isə ictimai nəqliyyatda gediş haqqının artırılmasını doğoran səbəblər və onun nəticələrinə nəzər yetirək.
Birincisi, uzun illərdir ki, Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarında heç bir artım baş verməyib. Daha doğrusu 10 ilə yaxındır ki, vətəndaşlarımız ictimai nəqliyyatda köhnə tariflərlə hərəkət edir. Bunun əvəzində isə ötən 10 il ərzində istər paytaxtın, istərsə də paytaxta yaxın olan şəhərlərin ictimai nəqliyyat sistemində kifayət qədər müsbət dəyişikliklər baş verib. Təkcə Bakı şəhərində ictimai nəqliyyatla bağlı ötən illər ərzində görülən işlərə diqqət yetirdikdə bunun əyani şahidi oluruq. Belə ki, bu illər ərzində paytaxtın ictimai nəqliyyat sistemində ciddi addımlar atılıb, istifadəyə yararsız nəqliyyat vasitələri, avtobuslar istifadədən çıxarılıb, nları daha müasir, ilin bütün fəsillərində sərnişinlərin rahatlığını təmin edə biləcək avtobuslar əvəz edib. Bu gün paytaxt küçələrində minlərlə yeni, müasir tələblərə cavab verən, kondsioner sistemi olan avtobuslar hərəkət edir ki hər bir avtovusun alınıb Bakıya gətirilməsi dövlət büdcəsinə külli miqdarda vəsait hesabına başa gəlib. Eləcə də həmin avtobuslar üçün xüsusi saxlanma məntəqələri, parklar yaradılıb. Hələ Bakıya yeni. Müasir avtobuslar gətirlən zaman bir çoxları iddia edirdi ki, bu tezliklə nəqliyyatda gediş haqqının artırılması ilə nəticələnəcək. Ancaq həmin illərdə əhalinin sosial rifah halının o qədər arzuedilən səviyyədə olmaması, eləcə də hökumətin, hakimiyyətin insanların həyat şəraitini dərindən düşünməsi ictimai nəqliyyatda gediş haqlarının artırılmasını ertələdi. Ancaq zaman keçdikcə paytaxtda gətirilən avtobusların artması, onlara xidmət edən vətəndaşlarımızın sayının çoxalması qiymət artımını zəruri edirdi ki, bu da nəticə etibarilə baş verdi. Digər tərəfdən nəzərə almaq lazımdır ki, ötən 10 ilə yaxın müddət ərzində əhalinin maaş və pensiyaları bir neçə dəfə artıb. Ancaq ictimai nəqliyyatda gediş haqqı artırılmayıb. Ona görə də vətəndaşlarımızın ictimai nəqliyyatda gediş haqqının artırılmasını normal qarşılayacağı istisna edilmir.
Bu arada bir məqama də diqqət çəkmək lazımdır. Adətən paytaxtda keçirilən mötəbər tədbirlər zamanı, futbol qarşılaşmaları, eləcə də son günlər ölkənin enerji sistemində baş verən qəza ərəfəsində əhalinin ictimai nəqliyyatdan pulsuz istifadəsinə şərait yaradıldı və minlərlə avtobus hər dəfə belə situasiyalarda səfərbər edilərək vətəndaşları pulsuz olaraq müvafiq istiqamətlərə daşıyır. Nəzərə almaq lazımdır ki, hər dəfə belə situasiyalarda dövlət büdcəsinə, bu sahəyə məsul olan qurumlara nə qədər maddi ziyan dəyir. Ona görə də məhz bu amili də nəzərə alaraq vətəndaşlarımız Tarif Şurasının qərarını anlayışla qarşılayırlar.
Və nəhayət, tatif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Bundan başqa ictimai nəqliyyatda qiymətlərin artması dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına gətirib çıxaracaq ki, bu da nəticə etibarilə yenə də xalqın rifah halnın yüksəldilməsi, əmək haqqları və pensiyaların artımında özünü büruzə verəcək.
Füzuli