Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir

Dəmir yolunun Biləcəri-Xırdalan mənzilində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq, 02.08.2018-ci il tarixdən 07.08.2018-ci (daxil olmaqla) il tarixədək "Texniki fasilə" verilir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, bununla əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli 02.08.2018-ci il tarixdən 07.08.2018-ci (daxil olmaqla) il tarixədək dəyişdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31