İran 40 milyonunu itirdi

“Cənubi Pars” qaz yatağının dəniz platforması bu gün Fars körfəzində batıb

İranda neft platforması çöküb. ANS PRESS-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, İranın "Cənubi Pars" qaz yatağının dəniz platforması bu gün Fars körfəzində batıb. Qeyd edək ki, platformanın tikintisinə 30 ay ərzində 40 milyon dollara yaxın vəsait qoyulmuşdu. "Cənubi Pars" qaz yatağı İranla Qətər arasında bölünüb. İrandakı sahə 14 trilyon kubmetrə yaxın qaz, yaxud dünyadakı qaz ehtiyatlarının səkkiz faizə yaxını və 18 milyard bareldən artıq qaz-kondensata malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31