Metro qatarlarının maşinisti olmaq sadələşdirilir
26 İyul 2018 16:30 İqtisadiyyat"Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra şəhər ictimai sərnişindaşıma nəqliyyatının ən əhəmiyyətli qollarından biri olan metropoliten sistemində zamanın tələblərinə cavab verməyən, qəlibləşərək ehkamlaşmış köhnə düşüncə tərzinə novator yeniliklərin gətirilməsi adi hala çevrilib. Qabaqcıl dünya təcrübəsini metropolitenin hər bir sahəsində inamla həyata keçirən səhmdar cəmiyyətin rəhbərliyi ötən müddətdə kadr hazırlığı sahəsində də mühüm yeniliklər edir.
Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 2014-cü ildə təlim-tədris mərkəzinin yaradılması bu mənada təfəkkür dəyişikliyinə yol açıb. Kadr hazırlığı, insan resurslarının idarə olunması, ixtisaslı kadrların təkmilləşdirilməsi, yeni perspektivli peşə və ixtisaslar üzrə kursların davamlı təşkili, bir sözlə, bu istiqamətdə bir çox yeniliklərin həyata keçirilməsində əldə olunan nailiyyətlər gələcəyə inamla baxmağa əsas verir. Bu mənada iyulun 16-da elan edilmiş hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimi sahəyə maraq göstərənlərin əhatə dairəsinin genişlənməsinə səbəb olub.
Ötən müddət ərzində daxil olmuş sualları ümumiləşdirərək, bəzi məsələlərə bir daha aydınlıq gətirmək qərarına gəldik.