“Azəriqaz”İB-dən ASAN xidmət vasitəsilə daha bir yenilik
26 İyul 2018 16:25 İqtisadiyyat"Azəriqaz" İstehsalat Birliyinin istehlakçılara göstərdiyi bütün xidmətlər "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzləri vasitəsilə həyata keçirilir. Digər istiqamətlərdən biri "ASAN Kommunal" Mərkəzləri vasitəsilə xidmətlərin genişləndirilməsi, vətəndaşlara həmin Mərkəzlər vasitəsi ilə səyyar xidmətlərin təşkilidir. "OLAYLAR"-a İstehsalat Birliyindən daxil olan məlumata görə, əsas hədəflərdən biri də regionlarda açılacaq "ASAN Kommunal" Mərkəzlərində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 3-dən etibarən "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış "ASAN səyyar" avtobus və qatarlarda 20 növ üzrə xidmətlər göstərməyə başlanılacaq.
Bundan başqa bu layihə çərçivəsində ilk dəfə 01 avqust 2018-ci il tarixindən etibarən Hövsan qəsəbəsindən başlayaraq "Azəriqaz" İB-nə məxsus xüsusi tərtibatla hazırlanmış mobil səyyar xidməti vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə "ASAN kommunal" standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətlərdə fəaliyyətini bundan sonrada davam etdirəcək.