Bu qəsəbədə üç gün işıq olmayacaq - Rəsmi
24 İyul 2018 18:05 İqtisadiyyatAbşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində 25-27 iyul 2018-ci il tarixlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Fasilələr "Azərenerji" ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan h/x-də aparılacaq təmir işləri ilə əlaqədardır.
Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31