Mikrosortla ARDNŞ saziş imzaladı

Microsoft korporasiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında lisenziyalı proqram təminatının istifadəsi üzrə strateji saziş imzalanıb. "Olaylar" Mincom.gov.az saytına istinadən bildirir ki, Korporasiya ilə strateji əməkdaşlıq və Microsoft Enterprise Agreement korporativ lisenziyalaşdırması proqramı çərçivəsində uzunmüddətli lisenziya razılaşması ARDNŞ-yə işgüzar fəaliyyətin səmərəliliyini yüksəltməyə, ən müasir texnologiyalar əsasında informasiya mühitinin yenidən qurulmasını təmin etməyə, idarəetməni sadələşdirməyə və müəllif hüquqlarının müdafiəsinə kömək edəcək. Müqavilə çərçivəsində əldə edilən lisenziyalı Microsoft proqram təminatı ARDNŞ-in kompüter parkının işi üçün bütün proqram platformasını əhatə edir. Microsoft ilə saziş ARDNŞ-yə lisenziyaların ümumi dəyərini azaltmağa imkan verəcək. Müqaviləyə görə ödəniş illik ödənişlər şəklində aparılacaq ki, bu da proqram təminatının əldə edilməsinə birdəfəlik böyük sərmayələrdən yayınmağa şərait yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31