Daha iki yaşayış məntəqəsinə təbii qaz verilib

İyulun 18-də Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki,  təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 950 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 200 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31