Mərdəkan-Qala avtomobil yolunun bərpası işləri aparılır

55 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsi bərpa olunur.

55 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsi bərpa olunur.

"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırlanmış layihəyə uyğun olaraq avtomobvil yolu II texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün frez maşını ilə asfalt-beton örtüyü profilə salınıb, yolun deformasiyaya uğramış hissələri 50 min kub.m həcmdə qazılaraq çıxarılıb. Hazırda qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılır. Bu işlərin həcmi 66 min kub.m-dir.

Kommunikasiya xətlərinin keçirilmsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyyat borular atılır. Torpaq yatağı hazır olan hissələrdə optimal-çınqıl qarışığı ilə 22 sm hündürlükdə əsasın alt layının və qum-qırmadaş qarışığı ilə 16 sm qalınlıqda əsasın üst layının təmiri aparılır. Bu işlər 87 min kv.m sahəni əhatə edir. Yol əsasının hazır olan hissələri isə əlaqələndirici bitum səpilməklə asfaltlanır. İri və xırda dənəli olmaqla 12 sm qalınlı\ında asfalt-beton örtüyünün döşənməsi işləri təqribən 60 min kv.m sahəni əhatə edəcək.

Tikinti norma və qaydalarına uyğun olaraq aparılan işlər zamanı yolun işıqlandırma sisteminin qurulmasına və yol birləşmələrinin təmirinə ehtiyac olduğu üçün, yol boyu 154 ədıd işıq dirəkləri quraşdırılacaq, 1200 kv.m sahədə yol ayrıcı və yol birləşmələri təmir ediləcək. Bərpa işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 34 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 15 km uzunluğunda yolcizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31