"ABŞ-ın təsiri: yeni neft şoku yaşana bilər" - Ekspert

ABŞ-da noyabrda keçiriləcək mid-term seçkilər öncəsi Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq "qara qızılın" qiymətinə təsir etməyə çalışır.

Bu sözləri iqtisadçı alim Vüqar Bayramov ABŞ-ın test olaraq 5 milyon barrelin, daha sonra 30 milyon barrelin bazara çıxarılması ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib:

"ABŞ anbarların qapağını açacağı halda neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır. Ağ Evdəki müzakirələr reallaşarsa, o zaman yeni neft şokunun yaşanması qaçılmaz olacaq"- deyə o qeyd edib.

Qeyd edək ki, əmtəə birjasına əsasən, bu gün VTİ neftinin qiyməti 0,02 dollar artaraq 68,08 dollar, "Brent" markalı neftin qiyməti 0,36 dollar artaraq 72,20 dollar olub.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31