Z.Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq
17 İyul 2018 11:32 İqtisadiyyatİyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra ( Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə tunelin üzü Koroğlu metrostansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31