Daha bir küçədə hərəkət məhdudlaşdırılacaq
Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində iyulun 16-dan 17-nə keçən gecədən səhər saatlarınadək (00:00-05:00) yüksək gərginlikli eletrik xətlərinin dirəklərinin sökülməsi işləri aparılacaq.
16 İyul 2018 11:35 İqtisadiyyatMir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində iyulun 16-dan 17-nə keçən gecədən səhər saatlarınadək (00:00-05:00) yüksək gərginlikli eletrik xətlərinin dirəklərinin sökülməsi işləri aparılacaq.
Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, bununla əlaqədar olaraq küçə boyu hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31