Bakıda çökmüş yolun altında tunel aşkarlandı - Foto
16 İyul 2018 00:55 İqtisadiyyat"Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb".
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk səhifəsində məlumat paylaşıb.
"Ehtimal olunur ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır. Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir. Ətraflı bununla bağlı sabah məlumat veriləcək", - deyə qurum rəsmisi bildirib.

Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31